“Qapıları açsalar da, Öcalan həbsxananı tərk etməyəcək”backend

“Qapıları açsalar da, Öcalan həbsxananı tərk etməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu HDP-nin həmsədri Səlahəddin Dəmirtaş bildirib.

Dəmirtaşın sözlərinə görə, bu barədə Öcalanla İmralıdakı görüşündə PKK lideri özü ona deyib: “İmralıda onunla söhbətimiz zamanı bildirdi ki, qapılar açıq olsa da həbsxanadan çıxmayacaq. O deyir ki, həbsdən çıxmaqda heç bir mənası yoxdur, çünki onun həbs edilməsi səbəbləri hələ aradan qalxmayıb”.

Öcalanın 3 ildən çox müddətdə vəkil xidmətindən yararlanmadığını deyən HDP rəsmisi həbsi ədalətli hesab etməyib.

Xatırladaq ki, Öcalan 16 il əvvəl Keniyada həbs edilib.

İnterpress.az