Möcüzəvi Badam Yağı – FOTObackend

Möcüzəvi Badam Yağı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dərimizin nəmliyini, təravətini qorumaq üçün hər zaman müxtəlif kosmetik vasitələrə, kremlərə üz tuturuq. Lakin kimyəvi maddələrlə zəngin olan bu vasitələr hər zaman işimizə yaramır, hətta ziyanlı təsir göstərərək əks effekt verə bilir. Halbuki, təbii yağlar dəriyə heç bir ziyan vermir və tez bir zamanda istədiyimiz nəticəni əldə etməyimizə yardımçı olur. Buna görə də dəriyə, bədənimizə qulluq zamanı bu yağlardan istifadə əla seçimdir.

Bu yağlardan təkcə gözəllik üçün deyil, həm də sağlamlıq məqsədilə yemək bişirərkən də istifadə olunur. Aşağıda badam yağı və onun sağlamlıq və gözəlliklə bağlı faydaları barədə danışacayıq.

Dəri üçün faydaları: A, B və E vitaminləri ilə zəngin olan badam yağı sağlam və gözəl dəriyə nail olmaq istəyənlər üçün əla seçimdir. Bu yağ dərini nəmləndirir, yumşaldır, qidalandırır, parlaqlıq verir və quruluğun qarşısını alır. Hətta dəridə olan qaşınma və iltihab problemini də aradan qaldırır. Bundan əlavə, bu yağ dəri hüceyrələrini daim yeniləməklə vaxtından qabaq yaşlanmanın qarşısını alır. Üz dərisinə istifadə etmək üçün üzünüzü təmiz yuyub sonra 1-2 damcı töküb əlinizlə üzünüzü masaj edə bilərsiniz.

Əgər göz altı qaraları aradan qaldırmaq istəyirsinizsə o zaman badan yağını sınaqdan keçirə bilərsiniz. Yatmazdan qabaq müntəzəm şəkildə bu yağla gözün altını masaj etmək tez bir zamanda bu problemi həll etmək gücünə malikdir. Badam yağından təbii şəkildə hazırlanan skrablar dərini xarici təsirlərdən, toz və çirkdən qoruyur, dəri hüceyrələrini yeniləyir. Bu yağdan hazırlanan dodaq balzamları quru dodaqları nəmləndirir və dodağın rəngini bərpa edir. Bu dodaq balzamını ev şəraitində də hazırlamaq olar. Sadəcə eyni miqdarda badam yağı və balı qarışdırın və təbii dodaq balzamınız hazırdır! Dodağınıza quruluq hiss etdiyiniz anlarda istifadə edə bilərsiniz.

Badam yağınını təbii makiyaj təmizləyicisi olduğunu bilirdiniz? Bu yağla üz dərisini makiyajdan təmizləyən zaman üz dərimizə necə təsir edəcəyi barədə narahat olmağa ehtiyac yoxdur. Çünki təbiidir, bütün növ üz dərisi üçün uyğundur və makiyajı tamamilə təmizləyir.

Saç üçün faydaları: Saç diblərinin badam yağı ilə masaj etmək baş dərisinin, saçların sağlam, möhkəm, parlaq və yumşaq olmasını təmin edir, saçı uzadır, hətta saç tökülmə problemini həll edir. Çünki bu yağın tərkibində saçın tökülməsinin qarşısını alan maqnezium toplanıb. Bu yağın zeytun yağı ilə qarışığından saçın uclarına masaj etməklə saç haçalanması problemini də aradan qaldırmaq olar.

Yağdan istifadə edərkən saç kondisionerlərinə ehtiyac yoxdur. Avokado və badam yağından hazırlanmış qarışıq saçların parlaqlığını təmin edərək yumşaldır. Motmotu bitkisi və badam yağından hazırlanan qarışığından istifadə isə kəpək problemini həll edir.

Badam yağının tərkibində ürəyin sağlamlığı üçün vacib olan fol turşuları, doymuş yağlar, protein və potassium mövcuddur. Gündəlik yeməklərdə bir çay qaşığı əlavə edərək istifadə etmək olar. Yüksək potassium və aşağı sodium olan bu yağ xoleseterol səviyyəsini və qan təzyiqini normada saxlayır, immuniteti gücləndirir, həzm sistemini qaydaya salır, qan dövranını yaxşılaşdırır. Yaddaşı və sinir sistemini gücləndirir. Bir stəkan südə bir neçə damcı badam yağı əlavə edərək müntəzəm şəkildə içə bilərsiniz.

Badam yağı ilə dırnaqları masaj etmək onları möhkəmlədir. Qızdırılmış badam yağı ilə bədəni masaj etmək isə əzələ və oynaq ağrılarını azaldır. Bu yağla hətta uşaqları sümüklərin möhkəmlənməsi və inkişaf etməsi üçün masaj etmək olar.

Möcüzəvi Badam Yağı - FOTO

Möcüzəvi Badam Yağı - FOTO

Möcüzəvi Badam Yağı - FOTO

Möcüzəvi Badam Yağı - FOTO

İnterpress.az