Güneyli deputatdan türklərin təhqir edilməsinə sərt reaksiyabackend

Güneyli deputatdan türklərin təhqir edilməsinə sərt reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İranın Dövlət Radio Televiziyasının sədrinə ünvanlandığı açıq məktubda millət vəkili telekanalda türklər və İranda yaşayan azərbaycanlılar haqqında təhqirlərə son verilməsini tələb edib.

Radio-Televiziya sədrinə ünvanlanan məktubunda millət vəkili 2006-ci il may hadisələrini xatırladıb: “Həmin vaxt bir karikatura üçün neçə nəfər öldü, Urmiyədə radio-televiziya binası yandırıldı. Sizin aparıcılarınıza xəbərdarlıq edirəm: azərbaycanlıların əsəbləri ilə oynamasınlar”.

Xatırladaq ki, İranda azərbaycanlıları təhqir edən bir karikaturanın yayılmasından sonra Təbriz və Urmiyə Universitetləri başqa olmaqla 1 milyondan çox insanın iştirakı ilə kütləvi aksiyalar keçirilib. Polisin müdaxiləsi nəticəsində rəsmi məlumatlara görə 20 nəfər ölüb.

Qeyd edək ki, İranda radio-televiziyanın sədrini prezident yox, ali dini rəhbər təyin edir.

İnterpress.az