Qırmızı lobya: arıqladır, ürəyi və sinirləri sağaldır…backend

Qırmızı lobya: arıqladır, ürəyi və sinirləri sağaldır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırmızı lobyanın faydaları

– B qrupu vitaminləri ilə zəngin olan qırmızı lobya dəri, immun və sinir sistemi üçün olduqca faydalıdır.

– Qırmızı lobya qidalı liflərlə zəngindir. Qidalı liflər xərçəngdən qoruyur, bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyin qarşısını alır, qanda şəkərin və \”pis\” xolesterolun səviyyəsini aşağı salır, orqanizmi toksin və şlaklardan təmizləyir.

– Lobya zülallarla zəngindir. Zülallar orqanizmin əsas \”tikinti materialıdır\”. Bu göstəriciyə görə lobya ət və balığa yaxınlaşır. Lobyada olan zülal orqanizm tərəfindən çox asan mənimsənilir.

– Mis və dəmirlə zəngin olan qırmızı lobya qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı çox faydalıdır.

– Qırmızı lobyada olan kükürd dərinin vəziyyətini yaxşılaşdırır.

– Qırmızı lobya antioksidant maddələrlə zəngindir. Bu maddələr orqanizmdə qocalma proseslərini ləngidir.

– Fol turşusu ilə zəngin olan qırmızı lobya hamilə qadınlar üçün xüsusilə faydalıdır. Hamiləlik zamanı bu vitaminin çatışmamazlığı döldə sinir sisteminin ağır inkişaf qüsurlarına səbəb olur.

– Kaliumla zəngin olan qırmızı lobya ürək və böyrəklər üçün olduqca faydalıdır, ödemləri azaldır, arterial təzyiqin tənzimlənməsinə kömək edir.

– Lobya çox tez toxluq hissi yaradır və bu səbəbdən arıqlamağa kömək edir. Lobyanın bu xüsusiyyəti müxtəlif pəhrizlər zamanı istifadə olunur. Hətta xüsusi lobya pəhrizi mövcuddur.

Qırmızı lobya: arıqladır, ürəyi və sinirləri sağaldır...

İnterpress.az