XV Yay Paralimpiya Oyunlarına hazırlıqla baglı görülmüş işlər, keçirilmiş yarışların nəticələri, bu sahədə baş məşqçi və idmançıların fəaliyyəti geniş təhlil olunub. Əldə olunmuş nailiyyətlərlə yanaşı, bir sıra idman növlərində ciddi nöqsanlara yol verildiyi xüsusi qeyd edilərək, həmin idman növləri üzrə baş məçqçlər vəzifələrindən kənarlaşdırılıblar. Nəticə olaraq, Güllə atıcılığı, Atletika, Kamandan oxatma, Boccia və Stolüstü tennis idman növləri üzrə yeni baş məşqçlər təyin olunublar.
Beləliklə, ikiqat Paralimpiya çempionu Oleq Panyutin atletika, İbrahim İbrahimov cüdo idman üzrə növü üzrə kişilərdən ibarət komandanın, Paralimpiya çempionu Ramin İbrahimov bu idman növündə qadinlardan ibarət komandanın, Qarabag müharibəsi əlilləri Əkbər Muradov Güllə atıcılıgı, İlham Məhərrəmov Boccia idmanı , bununla yanaşı Alaverdi Culfayev üzgüçülük , Ruqiyyə Qubuşova stolüstü tennis, Hacızadə Tərlan Oturaq valeybol, Asəf Məlikov Qılıncoynatma, İlqar İbişov Pauerliftinq , Zahir Abdullayev Qolbol, Aleksandr Barabanov Avarçəkmə və Natiq Abbasov Kamandan oxatma idman növü üzrə milli komandalarin baş məşqçləri təyin ediliblər.
İclasda Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi ilə, növbəti 4 il üçün strateji fəaliyyət planının hazırlanması, regionlarda paralimpiya hərəkatının sürətli inkişafını təmin etmək, seleksiya işlərinin aparılması və paralimpiya dəyərlərinin cəmiyyət arasında təbligini gücləndirmək məqsədi ilə respublikanın bölgələri üzrə dayaq nöqtələrinin yaradılması və digər zəruri tədbirlərin həyata keçırılməsi barədə müvafiq qərarlar qəbul edilib.
İnterpress.az