İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda “Azneftmaşservis” ASC-nin ərazisində olan beton üzərində quraşdırılmış 2 ədəd yük kranlarının kabinələri və 20 m2 sahədə əraziyə yığılmış taxta tullantıları yanıb. Yaxınlıqdakı zavod binası yanğından mühafizə olunub.
İnterpress.az