MTN-in tutduğu şeyxin adamına prokuror 12 il cəza istədibackend

MTN-in tutduğu şeyxin adamına prokuror 12 il cəza istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror E.Mustafaoğlunun 12 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi dekabrın 13-də davam edəcək.

Xatırladaq ki, bundan əvvəl məhkəməyə dəvət edilən şahidlərdən heç biri E.Mustafaoğlunun əleyhinə ifadə verməyib.

Qeyd edək ki, ilahiyyatçı ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmədiyini, ittiham aktında onun günahkar olduğunu sübut edən heç bir konkret faktın olmadığını deyib. İlahiyyatçı günahkar olduğunu sübut edən konkret faktlar göstəriləcəyi halda, özünü təqsirli biləcəyini deyib.

Məlumat üçün bildirək ki, E.Mustafaoğlu bundan əvvəlki məhkəmə prosesində ləğv edilmiş MTN-də ondan Allahşükür Paşazadə və Milli Qəhrəman Rövşən Əkbərovun əleyhinə ifadə almaq istədiklərini demişdi.

Xatırladaq ki, E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. ( musavat.com )

İnterpress.az