İnterpress.az xəbər verir ki, Apa-nın məlumatına görə, rayonun Əyyublu kənd sakini 1991-ci il təvəllüdlü Sübhan Nağıyev dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Nağıyevin hansı şəraitdə və nə dərmanından zəhərlədiyi hələ ki məlum deyil.
İnterpress.az