Qarlı havada qəzaya düşməməyin yolu – VİDEObackend

Qarlı havada qəzaya düşməməyin yolu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Xəzər TV-nin məlumatına görə, mütəxəssislər qış təkərləri ilə təchiz edilməyən, təkərlərinin protektorları 3 millimetrdən az olan və ABS, ESP kimi təhlükəsizlik sistemləri olmayan avtomobillərin yollara çıxarılmamasını məsləhət görürlər.

Bir çox sürücü elə düşünür ki, təkərlərinin havası az olduqda avtomobil daha az sürüşür. Mütəxəssislər isə bildirir ki, əksinə təkərin havası az olduqda sürüşmə məsafəsi artır. Buzlu havada yoxuşu düşməyin də xüsusi qaydası var.

Qarlı havada ara məsafəsi də çox olmalıdır. Amma yolda həddindən çox qar varsa zəncirlərdən istifadə etmək lazımdır.

Belə zəncirləri sürücülər özləri də rahatlıqla avtomobilə taxa bilərlər.

Yol polisinin xəbərdarlığında isə deyilir ki, qarlı günlərdə sürücülər şəxsi minik avtomobillərindən mümkün qədər az istifadə etsələr yaxşıdır.

İnterpress.az