Asim Mollazadə erməni dilini öyrənibbackend

Asim Mollazadə erməni dilini öyrənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

Deputat özünün erməni dilini öyrənməyinin haradan qaynaqlandığını da açıqlayıb:
“Onların ümumi düşüncələri ilə müəyyən qədər tanış olmaq üçün buna bir ehtiyac hiss etdim”.
A.Mollazadə deyib ki, indi beynəlxalq tədbirlərdə ermənilərin öz aralarında n’ danışdıqlarını da başa düşür:

“Beynəlxalq tədbirlərdə ingilis dilində danışsaq da, ermənilərin öz aralarında öz dillərində nələrdən danışdıqlarını anlayıram”.
Asim Mollazadə qeyd edib ki, erməni dilini öyrənmək və bilmək çox vacibdir:

“Biz Ermənistanda ictimai-siyasi prosesləri yaxından izləməli və durumun hansı formada olmasını hər zaman bilməliyik. Ən azı bu ölkənin mediasını kontent analizdən keçirməyi bacarmalıyıq”.

İnterpress.az