İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, bu haqda ölkənin Energetika Nazirliyi məlumat yayıb. İnformasiyaya görə, buna əlverişsiz hava şəraiti səbəb olub.
Volqoqrad vilayətinin 8 yaşayış məntəqəsi, Rostov vilayətinin mərkəzi Rostov-Don şəhəri də daxil olmaqla 170 yaşayış məntəqəsinə, habelə Krasnodar diyarının 4 rayonuna və Adıgey Respublikasına elektrik enerjisinin verilməsi kəslib.
Rusiya Energetika Nazirliyinin yerli qurumları yaranmış böhranını aradan qaldırmağa çalışır.
İnterpress.az