Rusiyanın raket sınağı uğursuz oldu – VİDEObackend

Rusiyanın raket sınağı uğursuz oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Suriyadakı Əsəd rejiminə dəstək verən, ötən il savaş gəmilərini Aralıq dənizinə göndərən, NATO ilə silahlanma yarışına girən Rusiya ilə bağlı internetdə qalmaqallı video yayılıb.

İddiaya görə, videoda Rusiyanın raket sınağının uğursuzluğu əks edilib. İstiPress-in rus saytlarına istinadla verdiyi məlumata görə, qalmaqal S-300 zenit raket kompleksinin uğursuz atışı ilə bağlıdır.

\”YouTube\”ya dekabrın 7-də yerləşdirilən videonun müəllifləri iddia edir ki, bu kadrlar iyun ayında Həştərxan vilayətindəki Aşuluk poliqonundakı təlim zamanı lentə alınıb. Poliqonda bu zaman Rusiya, Belarus, Qazaxıstan və Çinin təlimləri keçirilib.

Kadrlardan aydın görünür ki, raket havaya atılandan sonra bir neçə metr yüksəyə qalxıb. Qəfildən sürəti azalan raket yenidən buraxıldığı əraziyə geri düşüb.

Qeyd edək ki, daha öncə də Rusiyanın Müdafiə Nazirliyi adıçəkilən poliqoda baş verən hadisə ilə bağlı məlumat yaymışdı. Məlumatda qeyd edilirdi ki, qeyri-döyüş sursatlarının saxlandığı anbarlardan birində raket mühərriklərindən birində yanğın olub. Yanğın nəticəsində xəsarət alan olmayıb. Alovun qarşısı 3 saata alınıb.

İnterpress.az