Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından İnterpess.az-a verilən məlumata əsasən tələbələr üçün “Fitnə” sənədli filminin təqdimatı keçirildi.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış bu filmin əsas məqsədi radikalizmlə mübarizə, dini, psixoloji, hüquqi, siyasi və mənəvi təbliğatın aparılmasıdır.
Filmdə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanmışdır.
Aktuallığı nəzərə alınaraq, “Fitnə” filminə müxtəlif qurumlarda, xüsusilə ali təhsil ocaqlarında kütləvi baxışlar keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbər və məsul şəxsləri, eləcə də akademiyanın pedaqoji kollektivi və tələbələr iştirak etdilər.
İnterpess.az