ABŞ-ın süqut tarixi açıqlandıbackend

ABŞ-ın süqut tarixi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni seçilən prezident Donald Tramp ABŞ-ın tənəzzülünü sürətləndirə bilər. Bunun nəticəsində isə ölkənin 2020-ci ildə dağılması real görünür. İnterpress.az məlumatına görə, bunu norveçli professor Yohan Qaltunq deyib. \”The Independent\” yazır ki, adıçəkilən sosioloq bəzi tarixi hadisələrlə bağlı, o cümlədən SSRİ-nin dağılması, 11 sentyabr terroruna dair dəqiq proqnozlar verib.

Professor əmindir ki, Trampın zamanında ABŞ-da xaos yaşanacaq.

2000-ci ildə onun Amerikanın 2025-ci ilə kimi super güc mövqeyini itirəcəyi barədə proqnozları qalmaqala səbəb olmuşdu. Corc Buşun administrasiyası zamanında isə o öz proqnozlarını yenilədi – ABŞ-ın məhv olma tarixini 2020-ci ilə çəkdi. İndi Qaltunun sözlərinə görə, onun proqnozları milyarder iş adamının qələbəsinə görə gerçəkləşir.

Hələ seçkiqabağı kampaniyası zamanı Tramp 3 milyon miqrantı ölkədən çıxarmaq, Meksika ilə sərhəddə divar hörməkdən bəhs edirdi. \”Amerika imperiyasının süqutu. Bəs sonra?\” adlı kitabında o iddia edir ki, ölkənin beynəlxalq nüfuzunu itirilməsi faşist əhval-ruhiyyəsinin artması ilə bağlı müşayiət ediləcək.

ABŞ-ın süqut tarixi açıqlandı

O qeyd edir ki, yeni prezidentin NATO ilə ktritik münasibəti də ABŞ-ın yaxında super güc olmaqdan çıxacağına daha bir işarədir. Tramp artıq Vaşinqtonun müdafiə sisteminə yetərincə xərc çəkməyən mütəffiqlərinə köməyinə gələ bilməyəcəyini deyib. \”Başqa ölkələr yaxşı mütəffiq olmaq istəmirlər. ABŞ-da bombardımançılar, ofisdə kompüterlə idarə edilən pilotsuz aparatları, xüsusi təyinatlıları ilə özü öldürməli olur\”.

Norveçli mütəxəssis deyir ki, hələ Qərbi Avropa Amerikanın hərbi kampaniyasını dəstəkləyir. Amma bu 2020-ci ildən sonra dəyişə bilər. Bununla belə Qaltunq Respublikaçı prezidentin fəaliyyətə başlamadan onun siyasəti haqqında danışmağın da hələlik tez olduğunu deyir.

Bununla yanaşı Kral institutunun beynəlxalq münasibətlər eksperti Kseniya Uikett başqa mövqedən çıxış edir. O, hesab edir ki, Amerika bir çox səbəblərə görə dünyanın supergücüdür. \”Bunun yaxın 4 ildə dəyişə biləcəyi ideyası həqiqətdən uzaq görünür\”, deyə analitik \”The Independent\”ə açıqlamasında deyib.

İnterpress.az