İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, bu qərarın icrası zamanı narkotik vasitələrin dövriyyəsinə görə həbs edilənlər nəzərə alınmayacaq
Tailandda ölkənin yeni kralı Maxa Vaçiralonqkorn (X.Rama) taxta çıxmasının şərəfinə genişmiqyaslı amnistiya qərarı verilib. Krallığın verdiyi qərar bu gündən qüvvəyə minir.
İstiPress-in verdiyi xəbərə görə, amnistiya qərarı əlil-məhkumlara, həmçinin onkoloji xəstəliklərdən əziyyət çəkənlərə, psixi pozuntular keçirənlərə və digər ağır xəstəlik daşıyıcılarına şamil edilib. Yaşı 60-dan çox olan və cəzasının ən azı 3 ilini çəkənlər də həbsxanadan azad edilir.
Barəsində ölüm hökmü verilənlərin cəzası isə ömürlük həbslə əvəz olunub.
Amnistiyaya düşən insanların dəqiq sayı aşıqlanmır. Bir iş var ki, bu qərarın icrası zamanı narkotik vasitələrin dövriyyəsinə görə həbs edilənlər nəzərə alınmayacaq.
X. Rama taxta dekabrın 1-də – atası kral Pumipona Adulyadetanın ölümündən 50 gün keçdikdən sonra sahib olub.
İnterpress.az