İnterpress.az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktorunun müavini Nadir Mehtiyev məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən Hücaət Hüseynov komaya düşüb. H.Hüseynov hazırda süni nəfəs aparatına qoşulub.
Baş direktorun müaini bildirib ki, hadisə nəticəsində \”Azəriqaz\” İB-nin digər əməkdaşları – Ədalət Əliyev və Natiq Mustafayevin isə səhhəti normaldır. Ə.Əliyev əməliyyat edilib.
Xatırladaq ki, dekabrın 9-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində küləyin gücündən yol kənarındakı hasar uçub. Nəticədə ərazidə xidmət aparan \”Azəriqaz” İB-nin 3 əməkdaşı – Ə.Əliyev ayağın əziyi və sınığı, N.Mustafayev bədənin çoxsaylı əziyi, H.Hüseynov isə qapalı kəllə-beyin travması ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İnterpress.az