Hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 49 yaşlı Ceyran Rüstəmova vəfat edib.
Qeyd edək ki, C. Rüstəmova sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, 2014-cü ildə dələduzluqda təqsirləndirilərək həbs edilib.
Məlumata görə, C. Rüstəmova həbs edilən zaman onkoloji xəstə olub.
Onu da qeyd edək ki, C. Rüstəmova 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv edildikdən sonra mətbuata müraciət edərək MTN əməkdaşları tərəfindən şantaj edildiyini bildirib. MTN əməkdaşları tərəfindən təhdid olunan C. Rüstəmova onlara 100 min manat pul ödədiyini açıqlayıb. ( apa )
İnterpress.az