Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, dekabrın 11-də saat 20 radələrində Qobustan rayonunun Poladlı kəndində yaşayan Xalıqverdi Mirzəyevin evində yanğın baş verib.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra X.Mirzəyevin yanmış meyiti tapılıb.
İnterpress.az