Media nümayəndələrimiz erməni jurnalistdən DANIŞDIbackend

Media nümayəndələrimiz erməni jurnalistdən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə mediasının gündəmini qaz və işiğın differensiallaşması, qiymət artımları məşğul etdiyi bir dövrdə erməni jurnalistin Azərbaycan mətbuatında çalışması xəbəri deyəsən yeni gündəm yaradacaq.

İnterpress.az xəbər verir ki, Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev yeni əməkdaşının, erməni jurnalisti Süzan Caginyan olması ilə bağlı sosial şəbəkədə paylaşım edib. Sayt rəhbəri bu gündən S.Caginyan Ermənistandakı vəziyyətin təhlilinə başlayacağını bildirib.

Bu xəbəri oxuyanda ağıllara müxtəlif suallar gəlir, amma əsasən \”Erməni jurnalistlərin Azərbaycan mediasında çalışmağına ehtiyyac varmı?\”, \”Erməni dilini bilmən mütəxəssislərimiz olduğu halda erməni əsilli jurnalistlərin mediamızda işləməsi bizə nə qazandıracaq?\” bu suallarla jurnalistlərimizə müraciət etdik.

Media üzrə ekspert Azər Həsrət bildirir ki, Azərbaycanda belə bir məsələyə sakit yanaşmaq elə də asan deyil. Amma unutmayaq ki, bizim davamız erməni millətiylə deyil.

Media nümayəndələrimiz erməni jurnalistdən DANIŞDI

Əsl dava Azərbaycan torpaqlarını işğal edən, üstəlik əlavə iddialarla çıxış edən ermənilərlədir: “Ona görə də əgər hər hansı bir erməni Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bizim qanunlarımıza sayğılı davranır və özünü aramızda yaşamağa, işləməyə hazır sayırsa, ona əl uzatmaq yanlış bir şey deyil. Bu baxımdan düşünürəm ki, Eynulla Fətullayevin Suzan Caginyanı işə cəlb etməsi tam normaldır və bizim üçün əlverişlidir. Biz belə bir örnək göstərməklə digər tərəfsiz ermənilərin də loyallığını qazana bilərik. Qanunların bunu qadağa etdiyi haqda heç bir bilgim yoxdur. Azərbaycanda milli kimliyindən asılı olmayaraq qanunlar hamı üçün eynidir. O cümlədən ermənilər üçün də. Ona görə burda problem görmürəm”.

Media nümayəndələrimiz erməni jurnalistdən DANIŞDI

AzVision.az-ın əməkdaşı İlkin Nəcəfzadə isə ölkədə erməni dilini bilən mütəxəssislər azlıq təşkil etdiyini bildirir.
Amma konkret olaraq erməni milliyətindən olan bir şəxsin mediamızda işləməsinin həm müsbət həmdə mənfi tərəfləri mövcuddur deyir:“Müsbət tərəfi ermənilərin daxilində olan və onların cəmiyyətinin, iqtidarın siyasəti ilə yaxından tanış olan bir şəxsin yazısı daha effektli olardı. Çünki, biz yalnız yazılanları görürük, o isə bunları artıq bilir. Digər tərəfdən xaricdə ermənilərin əsl mahiyyətini elə öz vətəndaşları tərəfindən yazılan məqalələrdə gördükdə daha çox inanmağa başlayırlar. Mənfi tərəfi humanistliymizi nümayiş etdirsək də tarix göstərib ki, erməni xisləti dəyişməzdir”.

Media nümayəndələrimiz erməni jurnalistdən DANIŞDI

Avtosfer.az saytının redaktoru Elmədin Muradlı isə bildirir ki, əgər onların bizə faydası dəyəcəksə qoy olsun: “Məncə ermənilər indiki Ermənistan hakimiyyətindən narazı qalanlardır. Odurki, onlar Ermənistan hakimiyyətini ifşa etmək üçün bizə faydalı iş görə bilərlər. Belələrindən hər zaman istifadə etmək lazımdır”.

“Yeni Müsavat” qəzetinin müxbiri Xalidə Gəray isə əlavə edib ki, son vaxtlar həm ermənipərəst həm də erməni əsilli ulduzlar və digərləri Bakıya ayaq açır. Bu məsələ ictimaiyyətdə birmənalı qarşılanmasa da, etiraz aksiyaları keçirilib, sərt mesajlar verilsə də hansısa dairələr öz məqsədlərini həyata keçirmək üçün onların gəlişini təşkil edirlər: “İndi isə erməni əsilli Suzan Caginyan öz mətbuatımızda bizə həmkar oldu. Fikrimcə bütün bunların hamısı hansısa məqsədlərə hesablanmış zəncirvari proseslərdir. Bunun da əsl mahiyyəti yəqin ki, çox da uzaqda olmayan tarixdə bizə məlum olacaq. O ki, qaldı “erməni jurnalistin Azərbaycan mediasında çalışmasına ehtiyac var?” sualınıza, ola bilsin erməni jurnalistin yazdıqları kimlərəsə maraqlı olacaq, amma şəxsən mənim fikrimcə nə ehtiyac var idi, nə də bizə lazım”.

Media nümayəndələrimiz erməni jurnalistdən DANIŞDI

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirir ki,hər şey prosesin necə həyata keçirilməsindən asılıdır. Əgər erməni əsilli jurnalist Azərbaycanla bağlı obyektiv məlumatlar, şərhlər yazacaqsa, reportajlar hazırlayacaqsa, burada pis bir şey görmürəm:\” Azərbaycanda onsuz da ermənilər yaşayırlar, biz Dağlıq Qarabağı azad edəndən sonra orada da ermənilər yaşayacaqlar. Azərbaycanda erməni dilini bilən mütəxəssislərin sayı barmaqla sayılan qədərdir və onların arasında isə jurnalist olanı lap azdır. Məsələnin detallarına varmaq istəmirəm, amma azacıq dərindən düşünüb bütün suallara cavab tapmaq olar”.

Media nümayəndələrimiz erməni jurnalistdən DANIŞDI

Ölkə.az-ın baş redaktoru Məmməd Gülməmmədov isə, bu addımı dəstəklədiyini bildirir. Digər tərəfdən isə bir erməni imzası ilə ermənilər haqqında yazılan yazının bir azərbaycanlı imzası ilə yazılan yazıdan fərqi böyükdür: “Əgər bu amildən düzgün istifadə edəcəksə mən Eynulla Fətullayevi alqışlayıram”.

Media nümayəndələrimiz erməni jurnalistdən DANIŞDI

\”Vetenugrunda.az\” saytının redaktoru Arzu Abdulla isə bildirir ki, ümumiyyətlə, ermənini heç bir halda bağışlamaq olmaz. Əgər bu düşmənçilik bir dəfə olubsa, o zaman bağışlamaq olardı. Təbii, İkinci Dünya Savaşında görün nə qədər xalq bir birinin qanını tökdü və sonra barışdı və sülh şəraitində yaşadı. Bu başqadır. Sırf erməni ideologiyası isə bizi yer üzündən silərək bizə aid olan hər şeyə yiylənməkdir: “ İkincisi, erməni mənim əzizimi öldürüb. 18 yaşlı Rəşadı vəhşicəsinə öldürən ermənini necə bağışlayım? Ən dəhşətlisi odur ki, erməni pornoulduz Kim Kardaşyan Amerikada doğulub, Amerikada böyüsə də erməniyəm deyir və olmayan soyqrım təbliğatı ilə məşğul olur. Və ya digər erməni məşhurları, hansı ki onlar dünyanın müxtəlif ölkələrində doğulsalar da Ermənistana gələndə ilk növbədə digər qonaqlar kimi \”Erməni soyqırmı\” abidəsini ziyarət edirlər. O ki, qaldı erməni jurnalistin Azərbaycan mediası üçün çalışmasına buna qətiyyən ehtiyacımız yoxdur. Çünki bu çalışmanın xeyrimizə olacağı haqqında məntiqi dəlil yoxdur”.

Gülşanə Mustfafayeva
İnterpress.az