İnterpress.az-a şikayət edən sərnişinlər isə bu dəyişikliyi qəbul etmirlər:
“Özlərindən gündə bir oyun çıxardırlar. Dəyişiklik varsa ictimaiyyətə əvvəlcədən məlumat versinlər. Biz çaşbaş qalırıq. Hər gün bir yolla hərəkət edirlər.”, -deyə əlavə ediblər.
Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev İnterpress.az-ın sorğusuna cavab olaraq bildirir ki, 46 saylı marşrut xəttində hər hansı bir dəyişiklik olmayıb: Ola bilsin sürücülər nəsə yolda öz başına nəsə xəttdən çıxır. Bu da araşdırılacaq. Dəyişiklik olanda biz əvvəlcədən KİV-ə məlumat veririk. Bu marşrut xətti üzrə avtobuslar pərakəndə şəkildə hərəkət edib. Lakin Bakı Nəqliyyat Agentliyinin müdaxiləsindən sonra avtobuslara onlara verilən trayektoriyaya hərəkət edirlər”.
Gülşanə Mustafayeva
İnterpress.az