İnterpress.az-a Dövlət Statistika Komitəsindən bildirilir ki, Azərbaycanda əhalinin sonuncu siyahıya alınması zamanı (bu siyahıyaalınma 2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilib) zamanı bəzi göstəricilər dəqiqləşdirilərkən, milli tərkib də müəyyənləşib.
Bakıda yaşayan ermənilərin əsasən ad və soyadlarını dəyişmiş qadınlar olduğu bildirilir.
Dövlət Statistika Komitəsinin məlumata görə, siyahıyaalınma zamanı Bakıda yaşayan əhalidən hansı milliyyətdən olduğu soruşularkən sorğu olunan şəxslər könüllü olaraq hansı milliyyətdən olduğunu bildiriblər. Bu məsələdə məcburiyyət olmayıb.
2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilən siyahıyaalınmada cəmi 100 nəfər Bakı ermənisi öz milli kimliklərini gizlətməyib.
Bəzi ekspertlər deyirlər ki, Bakıda qohumlarının qanadları altında gizlənən və səsləri çıxmayan ermənilər danışmalı, beynəlxalq təşkilatlara bildirməlidir ki, burada rahat yaşayırlar və heç bir sıxıntıları yoxdur.
İnterpress.az