Eynulla Fətullayevə 2 gün vaxt verildi -Yenilənibbackend

Eynulla Fətullayevə 2 gün vaxt verildi -Yenilənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı məsələ ilə bağlı bəyanatla çıxış edib.
O, S. Caqinyanın göndərilməsi üçün E. Fətullayevə 2 gün vaxt verdiyini deyib: \”İndicə oxudum ki, Eynulla Fətullayev \”məşhur erməni jurnalisti \”Suzan Caqinyanı redaksiyasında işə götürüb və sübut eləməyə çalışır ki, guya çox böyük iş görüb. Əslində çox böyük qələt eləyib, başını da daşa döyüb. Eynulla Mircəfər Bağırovdan ağıllı və hökmlü olacaqmı ki, ermənini yanında saxlasın, ondan istifadə etsin. O olayı hamınız bilirsiniz. Eynulla ermənilərə qucaq açır, çünki ozü də erməni kimi bir şeydir. Eynullaya sözümüz qısadır: erməni qancığını rədd edirsən gedir. Sənə 2 gün vaxt veririk. İstəsən, özün də onun dalınca rədd olub gedə bilərsən”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının bu bəyanatından sonra söz davası davam edib:

Bu gün Eynulla Fətullayev Akif Nağıya da cavab verib. O, Facebook səhifəsində QHT sədrinə və adının çəkmədiyi bir məmura təhqiramiz şəkildə cavab verib: \”Bir məmura xəbərdarlıq!!! Mən, Akif Nağı kimi düdüyə cavab verməyəcəm. Cavabım sənə olacaq. Özünü yığışdır, sənə 2 gün vaxt verirəm. Yoxsa, açıq hücuma keçəcəm sənə qarşı. İtini yığışdır!!!\”.

İnterpress.az