İnterpress.az xəbər verir ki, jurnala hücum edən iki qardaşı Dammart bölgəsində bir mətbəədə götürdükləri girovlarla polisə qarşı müqavimət göstərdikləri zaman şəhərin digər hissəsində bir yəhudi dükanına hücum edən 26 yaşlı Amedi Kolibali bir neçə saat davam edən müqavimətdən sonra öldürülsə də onun yoldaşı Hayat Boumeddin aradan çıxa bilib.
Polisin ehtimalına görə o, girovlara qarışaraq insanların arasında gözdən itib.
Axtarışla davam edərkən Boumeddinin çadralı fotoları ortaya çıxıb. Əvvəllər başı açıq olan Hayatın çadrada və atəş məşqləri edərkən şəkilən şəkilləri mətbuatda yayılıb. Fransa mediası Boumeddinin bu fotolarını onun əri tərəfindən necə radikallaşdırıldığının təsdiqi kimi qələmə veriblər.
İnterpress.az