Rusiya müsəlmanları bu sorğudan narahatdırbackend

Rusiya müsəlmanları bu sorğudan narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, sorğuda respondentlərə “Redaksiyalar “Charlie Hebdo”da güllələnməyə cavab olaraq Məhəmməd peyğəmbərin karikaturasını dərc etmelidirmi?” sualı verilib. 3 cavab variantının təqdim edildiyi sorğuda 3 gün ərzində 468 min nəfər iştirak edib.

Hələ də davam edən sorğuda bu saata olan məlumata görə səsverənlərin böyük əksəriyəti, yəni 67 faizi karikaturaların dərcinin lehinə olub. 146 min nəfər, yəni respondentlərin 31 faizi bunun əlehinə mövqe nümayiş etdirib. Sorğuda iştirak edənlərin 2 faizi cavab verməyə çətinlik çəkib.

Qeyd edək ki, sorğu Rusiyada yaşayan müsəlmanların narahatlığına səbəb olub. Onlar sorgudakı cavabları müsəlmanlara qarşı mövqe kimi qəbul edirlər.

Rusiya müsəlmanları bu sorğudan narahatdır

İnterpress.az