İnterpress.az-ın məlumatına görə, bununla bağlı Almaniya Futbol İttifaqına (DFB) müraciət edilib.
Onların bilet xərclərini məşhur şirkətlərdən biri öz üzərinə götürüb. Bu jest 29 mart 2003-cü ildə təsis edilən fan-klubun ad gününə kiçik hədiyyə məqsədilə edilib. Azarkeş qrupunun 10 illiyi münasibətilə də belə addım atılmışdı. 2013-cü ilin martında azarkeşlər Almaniya yığmasının Astanada Qazaxıstanla oyununa havayı səfər etmişdilər.
Qeyd edək ki, DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüş saat 20:00-da start götürəcək.
İnterpress.az