Musavat.com xəbər verir ki, V.Hüseynov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin hazırlıq iclası hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutub.
Məhkəmədə V.Hüseynovun anket məlumatları dəqiqləşdirilib.
Hakim R.Allahverdiyeva bildirib ki, V. Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bu gün başa çatdığından bu məsələ müzakirə edilməlidir.
Prokuror Fərid Nağıyev çıxışında həbs qətimkan tədbirinin uzadılmasını istəyib.
V.Hüseynovun vəkili Kamandar Nəsibov hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin uzadılmamasını istəyib.
Məhkəmə V. Hüseynov barəsində həbs qətimkam tədbirini qeyri-müəyyən vaxtadək uzadıb.
Növbəti məhkəmə prosesi martın 7-nə təyin edilib.
Xatırladaq ki, bu iş hakim Əfqan Hacıyevin icraatına verilmişdi. Sonuncu prosesdə prokuror Fərid Nağıyev etiraz verərək hakim Əfqan Hacıyevin işdən uzaqlaşdırılmasını istəmişdi. Prokuror vəsatətini əsaslandırarkən bildirib ki, hakim Əfqan Hacıyev 2005-ci ildə vəkillik fəaliyyəti ilə məşğul olarkən Vidadi Hüseynovun qohumu Nadir Səlifovun müdafiəçisi olub. Etiraz təmin olunnmuşdu.
İttiham aktına əsasən, V.Hüseynov 2016-cı ilin aprel ayının 30-da saxlanılıb. Onun üzərindən 12,360 qram heroin aşkar edilərək götürülüb.
V.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb.
Daha sonra V.Hüseynov barəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən il Səbail rayonunda \”Bulaq\” restoranında kriminal qruplaşmaların üzvləri arasında silahlı atışma olmuşdu. Vidadi Hüseynov və onlarla kriminal aləmə yaxın olduğu ddyiləm şəxslərin saxlanılması həmin ərəfəyə təsadüf edir.
İnterpress.az