İnterpress.az Ria Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı deyib.
“Biz keçmişin səhvlərindən nəticə çıxarmalıyıq – biz dünyada tüğyan edən irimiqyaslı müharibələr və dağıntıların şahidi olmuşuq… Qaçqınların təhlükəsiz evlərinə dönməsi və uzunmüddətli bərpa prosesinin başlanması üçün şəraitin yaradılması humanitar fəlakətlərin yeganə uzunmüddətli həll yoludur”, – deyə Tramp qeyd edib.
ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki komandanı general Cozef Votel bundan əvvəl Suriyanın bəzi rayonlarında “təhlükəsiz zonalar”ın yaradıla biləcəyini qeyd edib.
İnterpress.az