Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Emin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İnterpress.az Musavat.com-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Cəfərov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin iyununda Suraxanı rayonu Bülbülə qəsəbəsində baş verib. Emin Cəfərovonunla eyni məhəllədə yaşadığı İsmət Qəmbərovu bıçaqlayıb. Cəfərov sinəsindən vurduğu şəxsi xəstəxanaya özü çatdırıb. Onun həyatını xilas etmək mümkün olub.
Cəfərov İ.Qəmbərovu bacısı ilə əl-ələ gəzməsi barədə söz-söhbətlər çıxdığı üçün vurduğunu deyib. İstintaqa ifadə verən Cəfərov 6 aydır bu söhbətləri eşitdiyini deyib. Sonuncu dəfə isə bacısı ilə Qəmbərovu bir yerdə görüb. Əvvəl əlbəyaxa olublar. Daha sonra Cəfərov cibində olan bıçaqla Qəmbərovun sinəsindən vurub.
Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq olub.
İnterpress.az