Kim Çen Namın qətlində ittiham edilən qadınlar…backend

Kim Çen Namın qətlində ittiham edilən qadınlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen İnin qardaşı Kim Çen Namın qardaşının qətlində ittiham olunan iki qadın məhkəmədə ifadə veribLakin indoneziyalı Siti Ayşə və vyetnamlı Don Çi Hanq ittihamları rədd edərək bildiriblər ki, onlar Kimin qətlində günahkar deyillər.

Polis bildirib ki, onlar öldürücü VX sinir qazını Kimin üzünə vurublar. Qadınlar məhkəmədə bunun tv zarafatı olduğunu düşündüklərini və buna görə ödəniş aldıqlarını məhkəmədə deyib. Əgər onlar cinayətdə təqsirli bilinsələr, edama məhkum ediləcəklər. Növbəti iclas aprelin 13-də olacaq.

Qeyd edək ki, Kim Çen Nam fevralın 13-də bazar ertəsi səhər saatlarında öldürülüb. Onu Malayziyanın paytaxtı Kuala-Lumpurda hava limanında iki qadın zəhərləyib.

Ümumiyyətlə, qətldə Şimali Koreya dövlətinin əli olduğu bildirilir, çünki qətlə yetirilən Kim Çen Nam Şimali Koreya rejimini kəskin tənqid edirdi. (musavat)

İnterpress.az