“Ermənilər artıq tısbağa kimi…”backend

“Ermənilər artıq tısbağa kimi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son vəziyyəti diqqətlə izləyirəm, ermənilər artıq tısbağa kimi qınından başların çıxarmağa başlıyıblar. İndiyədək bunların bu cür hərəkətlərini görməmişdim. Ancaq bunlar kefindən belə etmir, vəziyyətləri çox ağırdı. Orada bıçaq sümüyə dirənib”.

İnterpress.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət son günlər ön cəbhədə yaşanan insident haqqında danışarkən deyib.

Yazıçı belə davam edəcəyi təqdirdə müharibənin qaçılmaz olduğunu bildirib:

“Cəbhədəki vəziyyət də hamıya məlumdur, elə burda da bıçaq sümüyə dirənib. Düşünürəm ki, başqa çıxış yolumuz olmayacaq, müharibə edəcəyik. Onsuz da biz hər zaman hərbi yolu fikirləşmişik, vətəndaş olaraq da hər birimiz buna hər zaman hazır olmuşuq. Əvvəl axır bu məsələ həll olunmalıdır, nə qədər uzanar artıq.
Heç bir beynəlxalq qurumlardan kömək yoxdur, varlıqları kimi işləri də boş şeydi. Onların hərəkəti ancaq kağız üzərindədir. Kağız üzərində də hərəkət etmək başqadır, torpaq üzərində hərəkət etmək başqa. Mənə elə gəlir ki, müharibə qaçılmazdır və hamımız buna hazır olmalıyıq. Hamımız bir yumruq kimi birləşməliyik. Və bu süar deyil, vəziyyət bunu tələb edir. Hamımız bu vətənin övladıyıq, jurnalisti də, əsgəri də, iş admı da, ziyalısı da”.

İnterpress.az