İŞİD liderindən bəyanatbackend

İŞİD liderindən bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, baş terrorçu bununla bağlı martın 2-də Alsumaria telekanalına danışıq nitqini əks etdirən yeni bir kaset göndərib. O, nitqində bildirib ki, İŞİD terrorçuları İraqın Nineveh əyalətində və digər ərazilərində həqiqətən də məğlub olublar. İŞİD lideri hazırda terrorçuların əsas qüvvələrinin Mosul qərb hissəsində döyüşdüyünü bildirib. O, bu əraziləri sona qədər qoruyacaqlarını bəyan edib. Əbubəkir Əl Bağdadi itirilmiş ərazilərin yenidən alınacağını və sonda qələbə çalacaqlarına inandığını deyib.

Qeyd edək ki, İraqda koalisiya qüvvələri və ABŞ-ın iştirakı ilə Mosulda əməliyyatlar 2016-cı ilin oktyabr ayından başlanılıb. Şəhər bir neçə dəfə terrorçuların əlindən alınsa da, İŞİD təkrar orada mövqeylərini möhkəmlətim. Lakin sonuncu dəfə ötən ay keçirilən əməliyyatlar nəticəsində terrorçular ağır zərbə alıblar. Ərazinin böyük hissəsi terrorçulardan təmizlənib.

Fevral ayının 31-də İŞİD lideri Əbubəkir Əl Bağdadi Mosuldakı məğlubiyyətlərdən sonra qruplaşmanın əlində olan ərazilərə səs yazısı göndərib. səs yazısında Bağdadi məğlub olduqlarını qəbul edir və terrorçulara bütün ərazilərdə dağlara çəkilmək barədə təlimat verib.

İŞİD qurulduğu gündən bu yana ilk dəfədir ki, məğlubiyyətini qəbul edir. Bu yaxınlara qədər İraq və Suriyada istədiyi kimi hərəkət edən, Çerablus və Dabıkda, sonra isə Əl-Babda məğlub olan qruplaşma Rakka və Mosuldan da geri çəkilmək barədə qərar qəbul edib.

İnterpress.az