“Əhalinin ömrü uzanıb”backend

“Əhalinin ömrü uzanıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Pensiya yaş həddinin 65 yaşa qaldırılması ilə bağlı təkliflər isə ictimaiyyətdə bir qədər anlaşılmazlıq yaradıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözügedən qanuna dəyişikliklə bağlı təklifi cəmiyyətdə narazılığa və qalmaqala səbəbə olub.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov İnterpress.az saytına verdiyi açqlamada dedi :

"Əhalinin ömrü uzanıb"

Hesab edirəm ki, Azərbaycanda ömür göstəricisini nəzərə alaraq pensiya yaş həddini yox, əksinə Dövlət Sosial Müdafiə fonduna yığımı artırmaq lazım idi. Bunun üçün isə qeyri formal əmək bazarının ləğv olunması istiqmətində işlərin aparılması daha məqsədə uyğun hesab olunardı, yaş həddinin artırılması yox. Çünki Dövlət Sosial Müdafiə Fondu vəsait toplaya bilmədiyindən yaş həddini artırmağa məcbur olur. Halbuki Azərbaycan əmək bazarında təxminən 3 milyon nəfər məşğul insan var. Belə çıxır ki, ya bunlar tərəfindən Dövlət Sosial Müdafiə Fondunda yığım yoxdur, ya da ki, yox dərəcəsindədir. Bunu təmin etmək əvəzinə isə, yaş həddini artırmaq vəziyyətdən çıxış yolu üçün dügün yanaşma deyil. Düzdür bu proses tədricən keçiriləcək. Bunun müsbət tərəfi isə yalnız o, ola bilər ki, əvvəllər işəgötürənlər təqaüd yaşına çatmışları işdən azad edirdilər artıq onların bəhanə edib həmin şəxsləri işdən çıxartması mümkün olmayacaq. İşləmək istəyən şəxslər üçün isə bu əlverişlidir və bəhanələr də kəsiləcək. Əslində təqaüdə çıxmış şəxsin əmək fəaliyyətini davam etdirməyini qanun qadağan etmir. Sadəcə olaraq işəgötürən ən azı təqüd yaşına kimi vətəndaşı işdən azad edə bilməyəcək. Amma Pensiya Fondunun büdcəsi imkan versəydi yaş həddini qaldırmamaq daha məqsədə uyğun hesab olunardı. Düzdür elə ölkələr var ki, pensiya yaş göstəricisi bizdən də yuxarı yaş həddindədir. Bunun hansı ölkələr olduğunu bilmək istədikdə söylədi ki: hazırlıqlı olmadığım üçün bunların hansı ölkələr olduğunu nümünə göstə bilmirəm. Amma onu bilirəm ki, yetmişə yaxın ölkədə yaş həddi bizdən yuxarı hesablandığı hallar var. Gənclik yaşının aşağı salınması ilə pensiya yaşının artırılması tərs mütənasib deyilmi sualına cavab olaraq bildirdi ki, Gənclik yaşı aşağı salınmayıb. 29 yaş gənclik yaşı sayılır və 35 yaş gənc ailə yaşı hesablanır. Bu heç bir ziddiyyət təşkil etmir və 15 yaşa çatan hər şəxs əmək fəaliyyətinə başlaya bilər.\”

İnterpress.az
Aynur Arifqızı