İki azyaşlının səmimiyyəti cəmiyyəti utandırdıbackend

İki azyaşlının səmimiyyəti cəmiyyəti utandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnternet məkanını qarışdıran iki kiçik oğlan uşağının hərəkəti hər kəsi duyğulandırıb. İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçisi öz səhifəsində müəllimələrini aldatmaq üçün saçlarını eyni formada kəsdirən bu iki oğlanın şəklini yerləşdirməklə çoxlu sayda müraciət toplayıb.
\”Bu oğlanlar çox yaxın dostdurlar, onlar eyni saç düzümü edərək müəllimələrini aldatmaq istəyiblər. Belə düşünüblər ki, müəllimə onları fərqləndirə bilməyəcək\” deyə qeyd edib.
Şərhçilər isə, asanlıqla fərqlənən bu uşaqların qəlbinə dəyməmək üçün onların düşündüyünə rəğmən hamısı şərh yazıb bildirib ki, bu uşaqlar arasındakı fərq heç seçilmir.

Şərhçilər uşaqların bu hərəkətini yüksək qiymətləndirib. Uşaqların saf düşüncəsinə hörmətlə yanaşaraq onların qəlbinə toxunmamağa çalışaraq \”Bu oğlanlar arasındakı beş fərqi tapın\”-deyə yazıblar.

\”Bir müəllim kimi, onu deyə bilərəm ki, mən oğlanlar arasında ciddi fərq görmürəm. Sadəcə onlardan birinin qulağı digərinə nisbətən daha çox tərpənir\”-deyə istifadəçilərdən biri qeyd edib. Tamaşaçılar onların arasındakı fərqin olmadığını bildirsələrdə müxtəlif burunlu və cizgili bu uşaqların saf əqidələri fərq və ayrılıq tanımadığı məsum duyğuları hər kəsi kövrəldib.

İnterpress.az