“Qızlarınızı hərbi xidmətdə olmayan oğlanlara ərə verməyin”backend

“Qızlarınızı hərbi xidmətdə olmayan oğlanlara ərə verməyin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Həsənov onları qızlarını hərbi xidmətdə olmayan oğlanlara ərə verməməyə çağırıb:

\”Məcburi köçkün valideynləri qızlarını ərə verən zaman oğlanın hərbi biletinin olub-olmadığını yoxlasın. Əsgərlikdə olmayıbsa, qız verməsin. Ümumiyyətlə, vətənpərvərlik uşaq baxçasından başlayır. Orada yaxşı tədris olarsa, bu, həmin insanın vətənpərvərliyinə də ciddi təsir göstərəcək\”.

Baş nazirin müavini bu məsələdə Türkiyə təcrübəsindən yararlana biləcəyimizi qeyd edib:

\”Türkiyədə hərbi xidmətdə olmayan oğlanlara qız verilməməsiylə bağlı ənənə var. Biz də qardaş Türkiyənin bu təcrübəsindən yararlana bilərik\”.

İnterpress.az