Şirlər uşağı öz balalarına bənzətdilərbackend

Şirlər uşağı öz balalarına bənzətdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəqin ki, aslanlar \”şir\” paltarı geyinmiş körpəni öz uşaqları hesab etdilər. Yaxşı ki, onları qalın şüşə ayırırdı. 11 aylıq Arinın şir dərisinə bənzər paltarda zooparkda çəkilmiş videosu You-Tube kanalında çoxsaylı izləyicilər qazanıb. İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, balaca Arinin xaç anası Kemi Fanininqin You-Tube kanalına yerləşdirdiyi videodan göründüyü kimi qəfəsdə olan şirlərin uşağa yanaşması böyük marağa səbəb olub.

Videoya öz yazısında Kemi şərh edərək bildirib ki:\” Sevdiyi oğlanla Arini zooparka gəzməyə götürəndə hava soyuq olduğundan onun anası uşağa isti tüklü aslan paltarı geydirməli oldu. Kemi və onun xaç oğlu zooparkda bir çox vəhşi heyvanlara baxdıqdan sonra gəzinitinin sonunda aslanların saxlanıldığı yerə yaxınlaşırblar. \”Ari\”adi İvritcə \”şir\”mənasını verdiyi üçün Kemi əsl şirlərin yanında uşağın bir neçə şəklini çəkmək fikrinə düşür. Amma hadisələrin bu məcraya düşəcəyini Keri heç gözləmirmiş. Belə ki, şüşəyə söykənmiş Arini görən şirlər həyəcan və cəldliklə ona tərəf gəlməyə başlayır və şüşənin ətrafına toplaşırlar. Şirlərdən biri uşağı götürmək üçün ona mane olan şüşəni vurmağa başlayır. Bu görüntünü bəzi şərhçilər izah edirlər ki, yəqin şirlər balaca Arini öz uşaqları hesab ediblər.

Bütün bunlara baxmayaraq uşaq bu \”böyük pişiklərdən\” heç qorxmayıb və təmamilə sakit dayanaraq təmkinini pozmadan bir neçə dəqiqə öz \”qohumları ilə\” qalın şüşə vasitəsilə ünsiyyətdə olub. Arinin kiçik əllərinin şirin pəncəsi ilə birləşdiyi anda həmin nöqtəni dili ilə yalayan şirin hərəkəti görənləri duyğulandırıb. Şirləri həyəcanlandırmaq istəməyən Kemi sonunda Arini ordan uzaqlaşdırıb.

İnterpress.az