Türk ordusu Suriyaya keçdibackend

Türk ordusu Suriyaya keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ordusuna məxsus böyük bir hərbi konvoy Kilisdən keçərək Suriya ərazisinə daxil olub.
İnterpress.az xəbər verir ki, bu haqda Reuters agentliyi məlumat yayıb. Məlumata görə, Türkiyə ordusuna aid konvoy Suriyanın Çobanbəyi qəsəbəsində görüntülənib.

Agentliyin xəbərində bildirilir ki, sərhəddən Suriyaya girib Əl Baba doğru irəliləyən böyük konvoyda, çoxlu sayda zirehli maşın var. Reuters türk qoşunlarının nəhəng konvoyla Suriya ərazisinə keçməsini İŞİD-ə qarşı keçrilən əməliyyatlardan sonra, PKK-nın Suriya qolu PYD-nin nəzarətində olan Mənbic şəhərinin azad edilməsi ilə bağlı olduğunu iddia edib.
Xatırladaq ki, Türkiyə ordusunun Suriyada İŞİD-ə qarşı əməliyyata başlaması xəbərini də ilk olaraq Reuter agentliyi yaymışdı.

Ötən ilin avqust ayının 24-də türk əsgərlərinin Suriyanın Cerablus şəhərinə girməsi ilə başlayan “Fərat Qalxanı” hərəkatı çərçivəsində, qısa müddətdə Cerablus-Azez xətti İŞİD-dən təmizlənmişdi. Fevralın 13-də isə Əl Bab İŞİD-dən alındı.
Türkiyə ordusunun hazırda terror təşkilatı PKK-nın Suriya qolu YPG-nin nəzarətindəki Mənbici təmizləmək üçün əməliyyat keçirəcəyi bildirilir. Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən verdiyi bəyanatda YPG-nin Mənbicdən çəkilməyəcəyi halda vurulacağını bildirib.

Ankara ABŞ-ın dəstəklədiyi terror təşkilatı YPG-nin Fərat çayının şərqinə çəkilməsini istəyir. Vaşinqtonun bununla bağlı Türkiyəyə söz verməsinə baxmayaraq, ABŞ hərbçilərinin Mənbicdə YPG terrorçularına təlim keçdiyi faktlarla üzə çıxıb. Bundan başqa, ABŞ-in YPG terrorçularına verdiyi zirehli texnikanın da fotoları yayılıb.

İnterpress.az