Prezidetn adminstrasiyasının fahişəlik üçün inzibati məsuliyyətə cəlb etmə qərarına qarşı mitinq təşkil edilib. Ukrayna qanunvericiliyinə əsasən qeyri-leqal fahişəlik edən qadınlardan tutulan minimum vergi cəriməsi 5 dəfədən 15 dəfəyə artırılıb. Bu isə 3- ABŞ dolları edir.
İnterpress.az \”Ria Novosti\” yə istinadən xəbər verir ki, mitinqin təşkilatçıları fahişəlik üçün məsuliyyətdən azad bir qanun tərtib ediblər. Bu mitinqdə hüquq müdafiəçiləri ilə yanaşı intim münasibətlər xidməti sahəsində çalışmış keçmiş işçilər də iştirak edib.
Onlar hesab edir ki, mövcud qanunvericilik onların hüquqlarını pozur. Nümayişçilərin əksəriyyəti əlində qırmızı çətir tutaraq maskalar arxasında üzlərini gizlədərək etiraz aksiyası keçiriblər.
Etirazçılar Poroşenkonun kabinetinin pəncərəsi önündə yenidən mitinq keçirmək niyyətində olduqlarını bildirib iştirakçıları ictimai fəaliyyətlərini təkrar etməyə çağırıblar. Qeyd etmək lazımdır ki, bu mitinq dinc şəraitdə keçirilib. Ukrayna Prezidentinin binası onlarla polis əməkdaşları rəhbərliyi tərəfindən mühafizə olunur.
İnterpress.az