Türkiyə İŞİD tərəfdarını Qırğızıstana təhvil veribbackend

Türkiyə İŞİD tərəfdarını Qırğızıstana təhvil verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”İnterfaks\”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Ankaradakı səfirliyindən bildiriblər.

Məlumata görə, I.Beyşenaliyev martın 3-də İstanbulda hava limanında Qırğızıstan Daxili İşlər Nazirliyinin nümayəndələrinə təhvil verilib və həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə bu ölkəyə göndərilib.

K.Məlikov 2015-ci ildə törədilmiş sui-qəsd hadisəsindən sonra ona qarşı hücumu İŞİD terror qruplaşmasının törətdiyini bildirib. Hücumu törətməkdə şübhəli bilinən İrıskul Beyşenaliyev və Alibek Tilekulu dərhal Türkiyəyə qaçsalar da, bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Suriya ilə sərhəddə saxlanılıblar.

Qırğızıstan hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edən hər iki şəxs İŞİD tərəfdarıdır.

İnterpress.az