Cəsədi tapılan neftçinin kimliyi bilindibackend

Cəsədi tapılan neftçinin kimliyi bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, tapılan cəsəd qəza baş verən estakadada operator işləyən, Hacıqabul rayon Atbulaq kənd sakini Cavid Bəhramovundur.

Meyitə baxan yaxınları onun Cavid Bəhramov olduğunu təsdiqləyib.

Qeyd edək ki, hadisə baş verən ilk gün Cavid Bəhramovun meyitinin tapıldığı bildirilsə də, sonradan bu məlumat təkzib olunmuşdu.

Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək \”Azneft\” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Onlardan 4 nəfərin – İlham Qafarov, Həsənağa Hacıəliyev, Vidadi Qurbanov və Qorxmaz Rüstəmovun meyitləri tapılaraq ailələrinə təhvil verilib.

İnterpress.az