İnterpress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Yasamal rayonunda qeydə alınıb. Burada vətəndaşa məxsus ümumi sahəsi 140 kvadrat metr olan 3 otaqlı mansardın yanar konstruksiyaları 118 kvadrat metr sahədə yanıb. Mənzil və mansardın qalan hissəsi yanğından mühafizə olunub.
İnterpress.az