İcra başçısı müavininin əri sərxoş halda qəza törətdibackend

İcra başçısı müavininin əri sərxoş halda qəza törətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, qəza nəticəsində \”011\”ə xeyli ziyan dəysə də, \”Kia Sportages\” markalı avtomaşın qəza yerində dayanmayaraq uzaqlaşıb.

Sonradan hadisə yerinə gəlmiş yol polisi əməkdaşları tərəfindən qəza yerində düşmüş 99-XA-599 dövlət nömrə nişanına əsasən müəyyən olunub ki, həmin avtomaşın Neftçala rayon sakini Abı Sadıqova məxsusdur. Abı Sadıqov avtomaşını sərxoş vəziyyətdə idarə edirmiş.

Qeyd edək ki, qəza törətmiş şəxs Neftçala rayon icra başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqovanın həyat yoldaşıdır.

Faktla bağlı Neftçala Rayon Polis şöbəsində araşdırmalara başlanılıb.

İnterpress.az