Amerikanın həftəlik \”New Yorker\” jurnalının növbəti büraxılışının üz qabığında Rusiya prezidenti Vladimir Putinin şəkli dərc olunub.
İnterpress.az \”Ria Novosti\” yə istinadən xəbər verir: Jurnalın üz qabığında kiril hərfləri ilə \”Нью-Йоркер\” yazıldığı bildirilir. Göstərilən şəkildə Rusiya prezidenti Putin əlində tutduğu böyüdücü şüşə ilə Amerika rəhbəri Donald Trampın başı təsvir olunmuş kəpənəyin uçuşunu seyr etdiyi çəkilib.
\”Putin – bir cani deyil\” devizi ilə anti-Rusiya stereotiplərdən xilas etməyə çağırıb
Əsərin müəllifi Berri Blit rəsmin üzərində öz adını da rus hərfləri ilə qeyd edərək imza atıb.
Jurnalın üz qabığındakı illüstrasiyanı \”Aktiv tədbilər\” məqaləsində jurnalistlər Evan Onos, Devid Remnik və Djoua Yaffanın \”Putin, Trump və yeni Soyuq Müharibə\” başlıqlı məqaləsindən götürüldüyü qeyd olunur.
Üç jurnalistin əməyi ilə nəşr olunan \”New Yorker\” jurnalının səhifələrində müasir rus müxalifət nümayəndələrinin və bəzi ekspertlərin yaxın keçmişdə tarixi hadisələrin fonunda Rusiyaya qarşı ittihamlar, tanınmış faktlardan bir xülasə şərhlər qeyd olunub. Lakin toplu sadəcə Rusların şərhi ilə deyil – eləcə də adı açıqlanmayan ABŞ siyasətçiləri, keçmiş rəsmiləri və hərbi \”rəsmiləri\” və ABŞ rəhbərliyinin nümayəndələrinin fikirlərini də təqdim edir.
İnterpress.az