Tarixdə ilk qaraciyər köçürülməsi əməliyyatını edən həkim öldübackend

Tarixdə ilk qaraciyər köçürülməsi əməliyyatını edən həkim öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, cərrahın ölümü barəsində məlumatı onun şərəfinə adlandırılmış universitet yayıb. Həyatının son 35 ilini Starzl bu universitetdə işləyib.

Qeyd edək ki, Tomas Starzl 1963-cü ildə qaraciyər köçürülməsi üzrə ilk klinik cərrahiyyə əməliyyatını keçirib. Cəmi 4 ildən sonra onun keçirdiyi analoji əməliyyat tarixdə ilk dəfə olaraq uğurla bitib. Starzl Pittsburqda dünyada ilk transplantalogiya mərkəzi yaradıb. Bu mərkəz, artıq 1980-cı illərin sonunda hər il 500-ə yaxın qaraciyər transplantasiyası həyata keçirirdi.

İnterpress.az