Cinsi azlığın nümayəndələrinə hökm oxundubackend

Cinsi azlığın nümayəndələrinə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1982-ci il təvəllüdlü Nəbiyev Qalib Zakir oğlu və 1988-ci il təvəllüdlü Əliyev Firdovsi Qüdrət oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Sabunçu rayonunda soyğunçuluq etdiklərinə görə ötən il aprelin 20-də tutulan Firdovsi Əliyevin və Qalib Nəbiyevin quldurluq əməli törətdikləri də məlum olub. Onların Türkiyə vətəndaşı Çalışkan Osmanın 420 manat və 4300 ABŞ dollarını, habelə mobil telefonunu quldurluq yolu ilə almaları da müəyyən edilib. Prokuror çıxışında hər iki şəxsin cinayət əməllərinin sübuta yetirildiyini qeyd edib. Dövlət ittihamçısı hər iki şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qalib Nəbiyev quldurluq və soyğunçuluq etmədiyini, məhkəmədən bağışlanmasını istədiyini deyib: \”Möhtərəm hakim, sizə və prokurora güvənirik. Xahiş edirik ki, bizə kömək edin\”.

Digər təqsirləndirilən Firdovsi Əliyev də məhkəmədən bəraət istəyib. Hər iki şəxsin vəkili də hüquqlarını müdafiə etdikləri şəxslərə bəraət istəyiblər. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən hər iki şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İnterpress.az