İnterpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, yanvarın 31-də Bərdə şəhərində yerləşən qəbiristanlıqda şəhər sakini Şamxal Xəlilzadə abadlıq işləri aparıb tullantıları yandırarkən əl və ayaq nahiyələrindən yanıq xəsarəti alıb.
Xəstəxanaya yerləşdirilən Ş. Xəlilzadə martın 7-də orada ölüb.
İnterpress.az