İnterpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən Report-a bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı \”Ford\” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-ci il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb. \”Onun qarşısına piyada çıxmayıb\”, – idarədən bildirilib.
Hüseynov Namiq Hüseyn oğlu dindirilir, həmçinin, onun sərxoş olub-olmadığı araşdırılır.
Faktla bağlı cinayət işi başlanılıb.
İnterpress.az