Bu barədə İnterpress.az-a xəstəxananın baş həkimi Rauf Sadıqov məlumat verib.
O bildirib ki, xəstəxanaya gətirilən yaralıların hamısı Sumqayıt Dövlət Universitetinin tələbələridir: \”18 nəfər müraciət edib. Onlardan 14 nəfər stansionar müalicəyə qəbul olunub. Onlar arasında yüngül, orta-ağır xəsarət alanlar var. Hazırda vəziyyətləri stabildir. Ciddi bir şey yoxdur”.
Rauf Sadıqov qeyd edib ki, yaralılardan 4 nəfər evə buraxılıb: \”Onların xəsarətləri yüngül olub. Həmin tələbələrə ambulator yardım göstərildikdən sonra evə buraxılıblar”.
Qeyd edək ki, qəzada yaralananların bir hissəsi Klinik Tibbi Mərkəzə aparılıb.
İnterpress.az