SRU nun keçmiş zabiti Jon Nikson \”Daily Mail\” də yazdığı məqələdə İraq liderinin tutulduqdan sonra dindirilməsində şahidi olduğu həqiqətləri bildirib.
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, məhz Jon Nikson 2003-cü ildə Amerika əsgərləri tərəfindən həbs olunmuş Səddam Huseyni onun bədənindəki çapıq izlərindən və döymə yazılardan tanıyıb təsdiqləmişdir.
Onun sözlərinə görə, dindirmə zamanı ABŞ kəşfiyyatının bir çox məlumatlarının və İraq rejiminin kütləvi qırğın silahlarının yaradılması məlumatlarının saxta sübut olduğu təqsirlənmiş və aşkar edilmişdir.
Belə ki, dindirilmələrdə Səddam Hüseyn Rusiyada qadağan olunmuş \”Əl-Qaidə\” terror təşkilatı üzvü olduğu ittihamları rədd edib, həm də İraqın kütləvi qırğın silahlarının heç vaxt olmadığını bildirib.
\”İraq – terrorçuların ölkəsi deyil . Biz Usama Ben Ladenlə heç bir əlaqəmiz yoxdur və hər hansı bir kütləvi qırğın silahımız da yoxdur. Biz qonşu dövlətləri təhdid etmirik\” deyə Səddam Hüseyn dindirmə zamanı bildirib.
11 Sentyabr hücumlarında qarışdıqları günahlandırmaya Səddam Hüseyn qeyd edib ki, həmin hadisələrdə Səudiyyə Ərəbistanı nümayəndələri iştirak edib və terrorçuların lideri Misirli Muhamed Atta olduğunu deyib. Buna görə də o Amerika həbiçilərinə sual verərək xəbər alıb ki: \”Niyə siz elə düşünürsüz ki, bunu mən etmişəm? Mənə bunu etmək lazım deyildi.\”
ABŞ hərbiçilərini Səddam Hüseyni \”cahil\” adlandırıb və əlavə edib ki,İraq əraziləri ilə bağlı onlar heç nə əldə edə bilməyəcək. Çünki belə bir dövlət idarə etmək asan deyil, çünki onlar İraqda iş deyil\”. Nikson bildirib ki, tarix Səddam Hüseynin haqlı olduğunu göstərir.
İnterpress.az