İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki: Suriya ordusunun İdlibə hava hücumu nəticəsində çox sayda adam yaralanıb.
Mülki müdafiə qruplarından alınan məlumata görə, Suriya rejiminə aid iki döyüş təyyarəsi İdlibin cənubundakı Kefer Nubul diyarını bombalayıb.
Hücumda aralarında 2 uşaq və bir qadının da olduğu 4 vətəndaşın həyatını itirdiyi bildirilir. Çox sayda adam yaralandığı xəbəri verilir.
İnterpress.az