Bakı-Sumqayıt yolundakı tələbələrin ölümü ilə bağlı 2 sürücü saxlanılıb.
İnterpress.az ARB TV-yə istinadən xəbər verir ki, bunlar “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 41 yaşlı Namiq Hüseyinov və “Zil” markalı yük maşınının sürücüsü Elvin Şəmistanlıdır.
İkram Səfərov (sürücü): “Axşam maşını saxlamışıq burda. Maşın nazas olduğuna, xarab olduğuna görə. Yəni bütün ehtiyat tədbirlərini görmüşük, “znak”dı, daşdı, lentdi. İki dənə “Ford” yarış eliyərkən biri qaçırda bilməyib girib “Zil”in arxasına”.
Xəsarət alanlar Emin Həmidov, Lalə Həsənzadənin vəziyyəti ağır olaraq qiymətləndirilir və tələbə Rəsul Sadıqov nisbətən yüngül xəsarət aldığı üçün ambulator müalicəyə göndərilib.
Faktla bağlı cinayət işi başlanılıb.
İnterpress.az
https://youtube.com/watch?v=3H8ZKaf2TPY